...

Novruz Məmmədov: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın bir sıra istiqamətdə planı və proqramı var"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Dekabr 2005 16:43 (UTC +04:00)

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın bir sıra istiqamətdə planı və proqramı var". Trend xəbər verir ki, bu barədə Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

O qeyd edib ki, dövlət başçısının münaqişənin beynəlxalq qanunlar və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyi ilə bağlı fikirlərini ATƏT-in Minsk Qrupunun həmsədrləri də müəyyən formada deyirlər: "Münaqişənin sülh yolu ilə həll edilməsi ilə yanaşı digər paralel addımlar da atılır", - deyə o vurğulayıb.

Münaqişənin həlli ilə bağlı böyük addımlar atıldığını deyən N.Məmmədov bunu Azərbaycanın regionda inkişafı, beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunması, ölkədə nəhəng layihələrin həyata keçirilməsi və bununla regionda sabitliyin, təhlükəsizliyin təmin edilməsi və Ermənistanın indiki dözülməz durumu ilə əlaqələndirib.

N.Məmmədov işğal olunmuş Azərbaycan ərazilərində və Ermənistanda bir sıra tarixi abidələrimizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələnin qaldırılacağını da vurğulayıb.

Xəbər lenti

Xəbər lenti