...

Rauf Qurbanov: Ermənistan kommunistləri Dağlıq Qarabağı Azərbaycanın torpağı kimi tanıyır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Yanvar 2006 17:23 (UTC +04:00)

"Beynəlxalq Kommunist Təşkilatına (BKT) daxil olan Ermənistan kommunistləri Dağlıq Qarabağı Azərbaycanın torpağı kimi tanıyırlar". Bu barədə Trend ə BKT-də təmsil olunan Azərbaycan Kommunist Partiyası (AKP) sədrinin birinci müavini Rauf Qurbanov bildirib.

R.Qurbanov onu da bildirib ki, yanvarın 28-də Moskvada BKT-nin növbəti plenumu keçiriləcək. Plenumun işində AKP-ni o, təmsil edəcək: "Plenumlarda adəti üzrə bu komitədə təmsil olunan partiyaların fəaliyyəti müzakirə olunur, gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılır və s."

AKP rəsmisi onu da bildirib ki, əvvəlki plenumlarda müzakirəyə çıxarılan Dağlıq Qarabağ məsələsi ilə bağlı onlarla Ermənistandan olan kommunistlər arasında heç bir mübahisə yaranmayıb: "Erməni kommunistləri Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edirlər. Buna görə də bu məsələ yanvarın 28-də keçiriləcək plenumun gündəliyində yoxdur".

Qeyd edək ki, BKT-də Müstəqil Dövlətlər Birliyinin kommunist partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti