...

Y.Merzlyakov: Yanvarın 18-19-da Londonda keçiriləcək görüşlə bağlı Dağlıq Qarabağ münaqişəsi tərəflərindən qəti cavab alınmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2006 15:13 (UTC +04:00)

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 18-19-da Londonda keçiriləcək görüşü ilə bağlı Dağlıq Qarabağ münaqişəsi tərəflərindən qəti cavab alınmayıb. Bu barədə Trend ə eksklyüziv müsahibəsində ATƏT-in Minsk qrupunun (MQ) rusiyalı həmsədri Yuri Merzlyakov bəyan edib.

O, XİN başçıları - Elmar Məmmədyarov (Azərbaycan) və Vardan Oskanyanın (Ermənistan) yanvarın 18-19-da Londonda keçirilməsi planlaşdırılan görüşünü təsdiq edib. "Amma biz hələlik qəti cavabı bilmirik" -deyə Y.Merzlyakov bildirib və əlavə edib ki, MQ vasitəçiləri belə bir təkliflə çıxış edib, amma hələlik tərəflər konkret cavab verməyib.

Qeyd edək ki, V.Oskanyan Ermənistan və Azərbaycan XİN başçılarının Londonda yanvarın 17-18-də keçiriləcəyi planlaşdırılan görüşü barədə bu yaxınlarda bəyan etmişdi. Azərbaycan XİN-də isə Trend ə bildirilmişdi ki, danışıqların növbəti raundu yanvarın 18-19-na planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti