...

Qoşunların təmas xəttində keçirilmiş monitorinq zamanı heç bir insident qeydə alınmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2006 14:11 (UTC +04:00)

Yanvarın 12-də ATƏT-in hazırkı sədrinin şəxsi mandatına uyğun olaraq, Goranboyun Borsunlu kəndi sahəsində, qoşunların təmas xəttində keçirilmiş monitorinq zamanı heç bir insident qeydə alınmayıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məbtuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Jiri Aberle, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Harri Eronen, Oleksand Samarski və İmre Palatinus keçirib.

Xəbər lenti

Xəbər lenti