...

Cəbhə xəttində atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2006 14:13 (UTC +04:00)

Yanvarın 12-də cəbhə xəttində növbəti dəfə atəşkəs pozulub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 00.05-dən 00.10-dək İcevan rayonunun ərazisindəki Qarayal dağında yerləşən mövqelərindən və saat 02.05-dək həmin rayonun ərazisindəki Ayqeovit kəndindən 2 km şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı mövqelərini avtomatlardan atəşə tutub.

Cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti