...

Səməd Seyidov: "Dağlıq Qarabağ münaqişəsi region sakinlərinə ali muxtariyyət verilməklə nizama salınmalıdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2006 16:46 (UTC +04:00)

"Dağlıq Qarabağ münaqişəsi regionun erməni və Azərbaycan icmalarına ali muxtariyyət verilməklə nizama salınmalıdır". Trend in ATV telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA-nın Dağlıq Qarabağ üzrə sonuncu iclasının yekunlarını şərh edərkən bəyan edib.

Onun sözlərinə görə, muxtariyyət yalnız Azərbaycanın ərazi bütövlüyü saxlanılmaqla verilə bilər və ölkənin AŞ PA-dakı parlament nümayəndə heyəti alt komitənin iclaslarında bu mövqedən çıxış edir.

Qeyd edək ki, alt komitənin növbəti iclası martın 15-də Parisdə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti