...

Ermənistanın hərbi qulluqçusu Azərbaycandan repatriasiya olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Yanvar 2006 16:40 (UTC +04:00)

Yanvarın 18-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) himayəsi altında erməni hərbi əsiri repatriasiya olunub. Bu barədə Trend ə BQXK-nin Bakı nümayəndəliyinin mətbuat xidmətində bildirilib.

Əməliyyat Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasındakı yolda baş tutub.

BQXK-nin nümayəndələri repatriasiya prosesinədək öz arzusu ilə geri qayıtmaq istədiyinə əmin olmaq üçün hərbi əsirlə görüşüb.

1992-ci ildən BQXK Dağlıq Qarabağ münaqişəsi zonasında 655 nəfərin repatriasiya olunmasına və ya ötürülməsinə yardım göstərib.

Xəbər lenti

Xəbər lenti