...

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü fevralın 10-da Parisdə keçirilə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2006 12:09 (UTC +04:00)

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü fevralın 10-da Parisdə keçirilə bilər. Trend in məlumatına görə, bu barədə Rusiyanın "Vremya novostey" qəzeti yazıb.

Məqalədə bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Valdan Oskanyan arasında Londonda keçirilən iki günlük görüşün yekunlarına görə, prezidentlərin görüşünün keçiriləcəyi tarix və yer barədə qərar qəbul edilib.

Qəzet məlumatlı mənbələrə istinadən bildirir ki, "əsas nəticə iki dövlətin prezidentləri İlahm Əliyevin və Robert Köçəryan arasında görüş fevralın 10-da Parisdə keçirilməsi" olub.

"Londondakı danışıqlar prezidentlər səviyyəsində aparılan dialoqda "imkan pencərəsi" açmaq üçün münaqişənin nazirlər səviyyəsində nizamlanmasından hər hansı bir sensasiya gözləməyin lazım gəlmədiyi ilə bağlı proqnozları təsdiqlədi", - deyə qəzet yazır.

Görüş qapalı rejimdə keçirilib.

Xəbər lenti

Xəbər lenti