...

Elmar Məmməmyarov: Londondakı danışıqlar asan olmadı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2006 15:00 (UTC +04:00)

Londonda Ermənistan -Azərbaycan, Dağılq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı danışıqların növbəti mərhələsi asan olmadı. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 20-də erməni həmkarı Varodan Oskanyan və Minsk Qrupunun həmsədrləri ilə Londonda keçirdiyi iki günlük məsləhətləşmələri şərh edərkən bildirib.

XİN-in İnformasiya və mətbuat İdarəsinin rəisi Tahir Tağızadənin E.Məmmədyarova istinadən Trend ə verdiyi məlumata görə, "danışıqlar kifayət qədər mürəkkəb xarakter daşıyırdı və eyni zamanda, onlar çox geniş idi. Bu danışıqlar prosesinin davam etdirilməsi gedişində onun mərkəzində olan məsələlrin müzakirəsi üçün mövcud olan prinsipial imkanlar saxlanılır".

T.Tağızadənin sözlərinə görə, ilkin məlumatlara görə, Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü fevralın birinci ongünlüyündə Fransada keçiriləcək. "Hazırda detallar işlənilib hazırlanır. Görüşün tarixi və yeri haqqında daha dəqiq məlumat olan kimi biz onu yayacağıq", - deyə o əlavə edib.

T.Tağızadə Rusiyanın "Novoye vremya" qəzetinin Ermənistan və Azərbaycan prezidentlərinin fevralın 10-da Parisdə keçiriləcəyi barədə informasiya bağlı məlumatın olmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti