...

Ermənistan prezidentinin mətbuat katibi: Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının növbəti mərhələsi fevralın 10-da Parisdə keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2006 17:22 (UTC +04:00)

İlkin razılaşmalara görə, Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqların növbəti mərhələsi fevralın 10-da Parisdə keçiriləcək. Trend in Mediamaksa istinadən verdiyi məlumata görə, bu barədə bu gün Ermənistan prezidentinin mətbuat katibi Viktor Soqomonyan bəyan edib.

Yerevanda keçirilən brifinqdə çıxış edən Viktor Soqomonyan bildirib ki, fevralın 7-9-da Robert Köçərən İsveçə rəsmi səfər edəcək. Aprel və may aylarında Ermənistanın dövlət başçısının Almanyia və Fransaya səfəri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti