...

"Dağlıq Qarabağ ACCORD" dərgisinin təqdimat mərasimi keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2006 11:19 (UTC +04:00)

Yanvarın 30-da Milli Strateji Təşəbbüslər Mərkəzi və Concilation Resources (Böyük Britaniya) təşkilatı "Dağlıq Qarabağ ACCORD" dərgisinin təqdimat mərasimini keçirəcək. Bu barədə Trend ə Milli Strateji Təşəbbüslər Mərkəzinin rəhbəri Fərhad Məmmədov bildirib.

Dərgidə beynəlxalq vasitəçilik fəaliyyətinin uğursuzluğa düçar olmasının səbəbləri, sülh prosesi strukturunun vacib məqamları, elitalar, cəmiyyətlər və alternativ təkliflər, münaqişənin həllinin dalana dirənməsi və bunun demokratikləşmə, iqtisadi inkişaf və Cənubi Qafqazın dünyaya inteqrasiyası prizmasından təhlili öz əksini tapıb.

Tədbirdə Yeni Azərbaycan partiyası icraçı katibinin müavini, millət vəkili Səyavuş Novruzov, politoloqlar Rasim Musabəyov və Təbib Hüseynov, Lourens Broyers və Rauf Mirqədirov çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti