...

ATƏT-in Minsk qrupu həmsədrləri fevralın 1-də Azərbaycana gəlməyi planlaşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2006 19:30 (UTC +04:00)

ATƏT-in Minsk qrupu həmsədrləri 2006-cı ilin fevralın 1-də Azərbaycana gəlməyi planlaşdırır. Trend bildirir ki, yanvarın 25-də jurnalistlərlə söhbətində AR XİN başçısı Elmar Məmmədyarov bu barədə bəyan edib.

"Həmin qərarı bu gün ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik açıqlayıb"-deyə E. Məmmədyarov qeyd edib və bildirib ki, həmsədrlər tərəfindən AR XİN-in ünvanına rəsmi məktub hələlik daxil olmayıb.

E. Məmmədyarovun sözlərinə görə, fevralın 2-də həmsədrlər Bakıdan İrəvana gedəcək.

Xəbər lenti

Xəbər lenti