...

Novruz Məmmədov: Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə hər hansı bir sənədin imzalanacağı gözlənilmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Yanvar 2006 16:52 (UTC +04:00)

Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə hər hansı sənədin imzalanacağı barədə ehtimal yoxdur. Bu barədə Trend ə Azərbaycan prezidentinin İcra Aaparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ekzkyuziv məlumat verib.

"İş burasındadır ki, prezidentlərin danışıqlarında əgər hər hansı bir irəliləyiş olarsa, bunu irəliyə doğru bir addım kimi qəbul emək zəruridir. Ona görə də, əgər həqiqətən də tərəflərin mövqelərində yaxınlaşma yer alarsa, və buna artıq irəliləyiş kimi baxmaq zəruridir", - deyə sonda N.Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü barədə qarşılıqlı razılaşmaları əldə olunub. "Prezidentlər özləri bu barədə razılığa gəliblər və mən belə başa düşürəm ki, görüş baş tutacaq", - deyə N.Məmmədov bildirib.

Qeyd edək ki, prezidentlər İlham Əliyevlə Robert Köçəryan arasında Parisdə görüşü fevralın 10-11-ə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti