...

Araz Əzimov: Azərbaycan ərazilərinin işğalı ilk növbədə Ermənistanın özünə sərfəli deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Fevral 2006 19:40 (UTC +04:00)

Azərbaycan ərazilərinin işğalı ilk növbədə Ermənistanın özünə sərfəli deyil. Trend bildirir ki, fevralın 2-də ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya səfərinin yekunlarına həsr olunmuş brifinqdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bu barədə bəyan edib.

Onun sözlərinə görə, vaxt İrəvanın əleyhinədir, Azərbaycan torpaqlarının azad edilməsi isə Ermənistanın beynəlxalq imicini yaxşılaşdıracaq. A. Əzimovun sözlərinə görə, eyni zamanda Azərbaycanın səbri ilə oynamaq "çox təhlükəlidir, belə ki, xalqın səbri sonsuz deyil".

Trend in müxbirinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesindəki vasitəçilikdə dəyişiklik imkanı barədə verdiyi sualı cavablandıran A.Əzimov bildirib ki, "ATƏT Ermənistan-Azərbaycan münaqişəsinin həllində lazımi təcrübəyə malik olan bir təşkilatdır". "ATƏT-in Minsk qrupunun üzvü olan üç dövlətin səylərini də unutmaq olmaz"-deyə o qeyd edib.

Bununla belə Araz Əzimov qeyd edib ki, bu gün xalq diplomatiyasının imkanlarından hələlik istifadə olunmur və tərəflər növbəti mərhələlərdə, Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının dinc birgə yaşayış mühitinin yaradılması ilə bağlı addımlar atılması zərurəti yarandıqda bu vasitədən istifadə edəcək.

Xəbər lenti

Xəbər lenti