...

Azərbaycan hökuməti beynəlxalq təşkilatları "Böyük Qayıdış" Proqramı üzərində işə dəvət edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2006 14:16 (UTC +04:00)

Azərbaycan hökuməti beynəlxalq təşkilatları və maliyyə institutlarını ölkənin məcburi köçkünlərinin öz doğma yurdlarına qayıtmasından sonra "Böyük Qayıdış" proqramı üzərində birgə işə dəvət edir. Trend in xəbər verdiyi kimi, bu barədə baş nazirin müavini, qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət komitəsinin sədri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, hökumət ilk növbədə torpaqların işğal olunması və infrastrukturun dağılması nəticəsində dəymiş zərərin miqdarını müəyyənləşdirməyi planlaşdırır. "Böyük Qayıdış" Proqramı azad olunmuş ərazilərin minalardan təmizlənməsini, infrastrukturun bərpasını, yeni iqtisadi proqramların həyata keçirilməsini, məcburi köçkünlərin öz yurdlarına qayıtmasını və s. nəzərdə tutur. Hökumət artıq bu məsələ ilə bağlı bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən Dünya bankı, BMT İP, UNDP ilə məsləhətləşmələrə başlayıb və digər strukturlar, həmçinin, donor ölkələrlə əməkdaşlığa hazırdır.

Xəbər lenti

Xəbər lenti