...

Yanvarda Azərbaycan ərazisinin 231 356 kvadrat metri minalardan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2006 18:12 (UTC +04:00)

2006-cı ilin yanvarında Azərbaycanın 231 356 kvadrat metrlik ərazsi minalardan təmizlənib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Tpend"ə verilən məlumata görə, bu dövr ərzində 34 mina və parlamamış döyüş sursatı (PHS) aşkar edilərək zərərsizləşdirilib.

Təmizləmə əməliyyatlarında 22 minaaxtaran it, 138 sapyor, 15 PHS operatoru, 8 təcili yardım həkimi və 100 -ə yaxın köməkçi fəhlə iştirak edib.

ANAMA-nın Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə 21 758 773 kvadrat metr ərazi təmizlənib. Aşakar olunan və zərərsizləşdirilən mina və PHS -lərin sayı 11 738 ədəddir.

Ümumilikdə 2001-ci ilin sentyabrından 71 mina partlayışı hadisəsi zamanı 48 nəfər həlak olub, 101 nəfər müxtəlif xəsarətlər alıb.

Xəbər lenti

Xəbər lenti