...

ATƏT-in Minsk qrupu həmsədrləri Parisdə məsləhətləşmələri davam etdirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2006 15:00 (UTC +04:00)

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə Minsk qrupunun həmsədrləri Parisdə məsləhətləşmələri davam etdirir.Bu barədə Trend ə Rusiyanın xarici işlər Nazirliynin Dağlıq Qarabağ üzrə Qrupunda bildirilib.

Burada qeyd olunub ki, fevralın 10-11-də Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların növbəti raundu keçirildikdən sonra vasitəçilər Yuri Merzlyakov (Rusiya), Stiven Mənn (ABŞ) və Bernar Fasye (Fransa) hələ bir neçə gün ərzində işi davam etdirəcək.

Qeyd edək ki, MQ həmsədrlərinin Paris raundunun yekunlarına dair qəbul etdiyi komyunikeyə əsasən Dağlıq Qarabağ probleminin nizama salınması üzrə danışıqlar martın əvvəlində Vaşinqtonda davam etdiriləcək. Onlar Azərbaycan və Ermənistan XİN başçıları ilə Dağlıq Qarabağ problemi üzrə müzakirələrin müxtəlif aspektlərini nəzərdən keçirəcək.

Xəbər lenti

Xəbər lenti