...

Cəbhə xəttində atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2006 11:17 (UTC +04:00)

Fevralın 17-də Azərbaycanla Ermənistan arasındakı qoşunların təmas xəttində atəşkəs yenidən pozulub. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saat 22.25-dən 22.35-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Noyamberyan rayonunun Vozkepar kəndinin 1,4 km. şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu ərazisindəki üzbəüz mövqelərini pulemyotlardan, saat 23.50-dən 00-dək isə Tərtər rayonunun Həsənqaya kəndinin 2,4 km. qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutub.

Cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti