...

Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendum müsbət qiymətləndirilir – İspaniya senatoru

Siyasət Materials 18 Mart 2009 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir V.Javoronkova /

İspaniya senatının müşahidəçilər missiyası üzvlərinin Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumun gedişatı barədə təəssüratları müsbətdir.

"Biz altı seçki məntəqəsinə baş çəkdik və hər şeyin normal keçdiyinə əmin oluduq", - deyə Trend -a ispaniyalı senator Ortiz Perez bildirib.

O qeyd edib ki, seçicilərə heç kim təzyiq göstərmir. "Otaqlar qapalıdır və qutular nəzarətdədir", - deyə Perez əlavə edib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti