...

Estoniyadan olan müşahidəçi Azərbaycandakı referendumun müsbət keçdiyini qeyd edir

Siyasət Materials 19 Mart 2009 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir E.Rüstəmov /

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum üzrə Estoniyadan olan müşahidəçi missiyanın üzvü səsvermənin çox müsbət keçdiyini qeyd edir.

"Prosesin özü demokratik və qənaətbəxş keçdi", - Trend -a Estoniyadan olan müşahidəçi Urve Erikson deyib.

Erikson paytaxtın Suraxanı rayonunun 19 və 20 saylı seçki məntəqələrində monitorinq aparıb.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Azərbaycan MSK-nın nəticələrinə görə, Azərbaycanda Konstitusiyanın bütün 29 maddəsinə əlavə və dəyişikliklər ölkənin 87-92 faiz seçiciləri tərəfindən dəstəklənib.

Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulurdu. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti