...

Konstitusiyaya dəyişikliklər vətəndaşın hüquq və azadlıqlarının müdafiəsini təkmilləşdirməyə imkan verir - Azərbaycanın Prezident Administrasiyasının rəhbəri

Siyasət Materials 19 Mart 2009 14:34 (UTC +04:00)
Konstitusiyaya dəyişikliklər vətəndaşın hüquq və azadlıqlarının müdafiəsini təkmilləşdirməyə imkan verir - Azərbaycanın Prezident Administrasiyasının rəhbəri

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir E.Ostapenko /

"Konstitusiyaya dəyişikliklər vətəndaşın hüquq və azadlıqlarının müdafiəsini təkmilləşdirmək, ən əsası Azəbaycan dövlətçiliyinin davamlı və səmərəli inkişafını təmin etmək imkanı verir", - Azərbaycanən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev hesab edir.

"Mən bu referendumu ölkənin müasirləşdirilməsi, demokratik islahatların intensifikasiyası və ölkədə sabitliyin qorunması istiqamətində irəliyə doğru addım kimi qiymətləndirirəm", - Ramiz Mehdiyev Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində deyib.

Referendum ilk növbədə xalqın iradəsinin sərbəst ifadəsi vasitəsilə hökumət, kontrelita və cəmiyyətin dövlətçiliyin inkişafı naminə qarşılıqlı fəaliyyət göstərməsidir", - o hesab edir.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib. Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulurdu.

Mehdiyev keçirilən səsverməni müsbət qiymətləndirərərk qeyd edib ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə təşəbbüs, üzvlərinin sayı 500 min nəfəri keçən hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.

"Bu, fikrinin hesaba alınması vacib olan böyük elektoratdır", - Mehdiyev deyib.

Onun fikrincə, demokratiyanın mahiyyəti, cəmiyyətin bu və ya digər hissəsinə cari məsələlər üzrə fikrini ifadə etmək imkanı verməkdən ibarətdir. Onun fikrincə, yalnız hökumət və kontrelita deyil, ümumilikdə cəmiyyət özü də Konstitusiyaya dəyişikliklərin dövlətin maraqlarına uyğun olub-olmadığını müəyyən etməlidir.

"Yalnız bu halda biz səmərəli demokratik nəzarət və dayanıqlı inkişafdan danışa bilərik", - Mehdiyev bildirib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilib. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəalar daxildir.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, Azərbaycan Konstitusiyanın 29 maddəsinə bütün əlavə və dəyişikliklər seçicilər tərəfindən dəsdəklənib. Hazırda seçki dairələri üzrə bülletenlərin 96,14 faizi hesablanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti