...

Azərbaycanda milli soyad formatının müəyyən edilməsi üçün xüsusi konsepsiya hazırlanıb

Siyasət Materials 8 Yanvar 2010 17:06 (UTC +04:00)
"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində yaradılmış Xüsusi Komissiyanın araşdırmaları nəticəsində hazırlanan konsepsiyada adlar və soyadlar dövlət informasiya sisteminin yaradılması nəzərdə tutulur", - cümə günü Trend News-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov bildirib.
Azərbaycanda milli soyad formatının müəyyən edilməsi üçün xüsusi konsepsiya hazırlanıb

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda milli soyad formatının müəyyən edilməsi üçün xüsusi konsepsiya hazırlanıb.

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində yaradılmış Xüsusi Komissiyanın araşdırmaları nəticəsində hazırlanan konsepsiyada adlar və soyadlar dövlət informasiya sisteminin yaradılması nəzərdə tutulur", - cümə günü Trend -a Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov bildirib.

Trend -un arayışı: Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında 1993-cü ildə qəbul olunan qanuna əsasən, ölkə vətəndaşları "-ov", "-yev" sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

Qanunda göstərilib ki, ölkə vətəndaşlarının soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək hüquqi əhəmiyyəti olan bütün sənədlərdə yeni ifadə formasında işlədə bilərlər və soyadların sonluqlarının dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlərin verilməsi üçün rüsum tutulmur.

Cəfərovun sözlərinə görə, müxtəlif elm sahələri üzrə mütəxəssislərin təmsil olunduğu Komissiya Azərbaycanda tarixən mövcud olmuş soyad formaları və ad qoyma ənələrini öyrənərək milli soyad formatını müəyyənləşdirib.

"Konsepsiyanın həyata keçirilməsi onun təsdiqindən sonra mümkün olacaq", - o, əlavə edib.

Komitə sədri deyib ki, konsepsiyada "-ov", "-yev", "-zadə" sonluqlu soyadların tamamilə götürülməsi nəzərdə tutulur: "Mütəxəssislər "-li", "-lu", "-lü", "-oğlu", "-qızı", "-gil" sonluqlu soyadların sənədlərdə işlədilməsinin daha məqsədəuyğun olduğunu irəli sürüblər", - Cəfərov vurğulayıb.

Onun fikrincə, milli soyad formatı Azərbaycan vətəndaşları olan digər millətlərin nümayəndələri üçün nəzərdə tutulmur: "Rusların, ukraynalıların, gürcülərin və digər millətlərin dünyada qəbul olunan soyad formatları var. Bu konsepsiya həmin millətlərə aid olmayacaq", - komitə sədri bunu xüsusi vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti