...

Azərbaycanda İnterpol tərəfindən beynəlxalq axtarışda olan 68 nəfərin yeri müəyyən edilib

Siyasət Materials 22 İyul 2011 19:35 (UTC +04:00)
Azərbaycanda 2011-ci ilin birinci yarısında müxtəlif cinayətlərə görə 6857 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub, yerli və dövlətlərarası axtarışda olanların 48,4 faizi (2151-dən 1042-si) tutulub.
Azərbaycanda İnterpol tərəfindən beynəlxalq axtarışda olan 68 nəfərin yeri müəyyən edilib

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Azərbaycanda 2011-ci ilin birinci yarısında müxtəlif cinayətlərə görə 6857 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub, yerli və dövlətlərarası axtarışda olanların 48,4 faizi (2151-dən 1042-si) tutulub, İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 68 nəfərin yeri müəyyən edilib. Trend-in məlumatına görə, bunu cümə günü daxili işlər orqanlarının cari ilin I yarısında fəaliyyətinin yekunlarına həsr olunmuş geniş Kollegiya iclasında daxili işlər nazirinin müavini Vilayət Eyvazov deyib.

Nazir müavini bildirib ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 233 ağır və xüsusilə ağır cinayət törətmiş 308 nəfəri birləşdirən 95 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilib, qanunsuz odlu silah saxladığına və daşıdığına görə 102 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bununla bərabər, qanunsuz dövriyyədən ümumi məbləği 382 min manat təşkil edən 4382 ədəd saxta milli və xarici əskinas, açıq satışı qadağan olunmuş 6 mindən çox dərman preparatı, habelə 185 kq civə və 600-ə yaxın saxta tədris vəsaiti götürülüb.

"Narkotrafikə qarşı mübarizədə həyata keçirilmiş sistemli tədbirlərlə, qanunsuz dövriyyədən 366 kiloqramdan çox narkotik vasitə çıxarılıb, 57 nəfərdən ibarət 22 cinayətkar qrup və dəstə zərərsizləşdirilib, ümumi çəkisi 214 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib. İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı əsasında görülən işlərlə 63 fakt aşkarlanaraq 15 nəfər cinayət məsuliyyətinə cəlb olunub, bu növ hüquqazidd əməllərin qurbanı olan 26 şəxs müəyənləşdirilib", - Eyvazov deyib.

Xəbər lenti

Xəbər lenti