...

İnam Kərimov Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edildi

Siyasət Materials 7 Sentyabr 2012 18:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İnam Kərimovun Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
İnam Kərimov Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edildi

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İnam Kərimovun Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilsin.

Qeyd edək ki, İnam Kərimov bu təyinatadək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti