...

Azərbaycanda bəzi kəndlər rayon mərkəzinə birləşdiriləcək

Siyasət Materials 30 Noyabr 2012 11:27 (UTC +04:00)
Ağdaşda bəzi kəndlər şəhərə birləşdiriləcək.
Azərbaycanda bəzi kəndlər rayon mərkəzinə birləşdiriləcək

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir M.Əliyev/

Ağdaşda bəzi kəndlər şəhərə birləşdiriləcək. Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin cümə günü keçirilən iclasında "Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Ağdaş rayonunda yerləşən Yuxarı Qəsil, Dəhnəxəlil, Aşağı Zeynəddin, Qaradağlı kəndlərinin bir hissəsi və Məşəd kəndi bütövlüklə Ağdaş şəhərinə birləşdiriləcək.

Bununla da Məşəd kəndi dövlət reyestrindən çıxarılacaq.

Qanun layihəsini təqdim edən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, qanuna edilən dəyişiklikdən sonra Ağdaş şəhərinin ərazisi 1237 ha artaraq 2307 ha təşkil edəcək.

Komitə iclasında, həmçinin Astara rayonu ərazisində yerləşən Ərçivan kəndinə qəsəbə statusu verilməsi barədə qanun layihəsi müzakirə olunub.

Hər iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti