...

Türkiyə SQ mina əleyhinə zirehli texnikanın növbəti hissəsini alacaq

Siyasət Materials 6 Dekabr 2012 11:46 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri (SQ) üç-dörd ay ərzində mina əleyhinə "Kirpi" tipli zirehli texnikanın növbəti hissəsini alacaq.
Türkiyə SQ mina əleyhinə zirehli texnikanın növbəti hissəsini alacaq

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Silahlı Qüvvələri (SQ) üç-dörd ay ərzində mina əleyhinə "Kirpi" tipli zirehli texnikanın növbəti hissəsini alacaq. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Türkiyənin özəl BMS şirkəti zirehli texnika istehsalını altı aylığa dayandırıb. Buna səbəb şirkətin texnika istehsalı üçün kredit ala bilməməsidir.

Lakin BMS bankların birindən kredit almağa nail olub və bundan sonra şirkət zirehli texnikanın istehsalına başlayıb. Şirkət 3-4 aydan sonra 190 ədəd zirehli texnikanın istehsalını başa çatdırmağı planlaşdırır.

2009-cu ilin martından, şirkətin Türkiyə SQ ilə saziş imzaladığı vaxtdan 2011-ci ilin dekabrınadək BMS 278 ədəd zirehli texnika istehsal edib.

Bu tipdən olan zirehli texnikaya heyətin 13-dək üzvü yerləşir. Onun başlıca xüsusiyyəti quruda istənilən şəraitdə hərəkət edə bilməsi və sürəti saatda 105 kilometrədək artıra bilməsidir.

Türkiyə "Kirpi" zirehli texnikasından PKK yaraqlılarına qarşı mübarizədə istifadə etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti