...

Ilham Əliyev Kubalı həmkarını təbrik edib

Siyasət Materials 30 Dekabr 2012 19:28 (UTC +04:00)
Azərbaycan Prezidenti Ilham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Ilham Əliyev Kubalı həmkarını təbrik edib

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Azərbaycan Prezidenti Ilham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

"Kuba Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Kuba arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf edəcək və daha da genişlənəcəkdir", - məktubda deyilir.

İlham Əliyev Raul Kastroya möhkəm cansağlığı, işlərində uğurlar, dost Kuba xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti