...

Türkiyə vətəndaşlarını Maliyə səfər etməkdən çəkinməyə çağırır

Siyasət Materials 16 Yanvar 2013 14:15 (UTC +04:00)
Türkiyə vətəndaşlarını Maliyə səfər etmədkən çəkinməyə çağırır və bu ölkədə olan vətəndaşlarına Türkiyəyə qayıtmağı məsləhət görür.
Türkiyə vətəndaşlarını Maliyə səfər etməkdən çəkinməyə çağırır

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir A.Tağıyeva/

Türkiyə vətəndaşlarını Maliyə səfər etmədkən çəkinməyə çağırır və bu ölkədə olan vətəndaşlarına Türkiyəyə qayıtmağı məsləhət görür. Bu barədə Trend çərşənbə günü Türkiyə Xarici İşlər Nazirliyinin saytına istinadən məlumat verir.

Mali hakimiyyətinin "əl-Qaidə" ilə əlaqə qurmaqda günahlandırdığı islamçılar artıq bir neçə aydır ki, ölkənin şimalına nəzarət edirlər. Son həftələr silahlılar yeni ərazilər tutmaqla hədələyərək cənuba hücuma keçiblər. İslamçılarla təkbaşına bacarmayan Mali hakimiyyəti Fransadan kömək istəyib.

Hazırda Malinin silahlı qüvvələri Fransanın dəstəyi ilə çoxsaylı islamçı qruplara qarşı hərbi əməliyyatlar aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti