...

Azərbaycan Kubaya maddi yardım göstərib

Siyasət Materials 20 Fevral 2013 07:18 (UTC +04:00)
Azərbaycan Respublikasının Kuba Respublikasındakı səfiri Aqşin Mehdiyev Kubanın Xarici Ticarət və Sərmayələr Nazirliyində görüş keçirmişdir. Bu barədə Trend-ə Azərbaycanın Kubadakı səfirliyindən məlumat verilib.
Azərbaycan Kubaya maddi yardım göstərib

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Azərbaycan Respublikasının Kuba Respublikasındakı səfiri Aqşin Mehdiyev Kubanın Xarici Ticarət və Sərmayələr Nazirliyində görüş keçirmişdir. Bu barədə Trend-ə Azərbaycanın Kubadakı səfirliyindən məlumat verilib.

Görüşün əsas səbəbi Kubada "Sandi" qasırğası nəticəsində baş vermiş dağıntıların aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası tərəfindən Kuba dövlətinə göstərilən maddi yardımın (49 000 ABŞ dolları) təqdim edilməsindən ibarət olmuşdur.

Səfir Mehdiyev iki ölkə arasında siyasi və digər sahələrdə mövcud olan münasibətlərin müsbət inkişafını qeyd etmiş və Kubanın Azərbaycan üçün dost ölkə olduğunu xüsusi vurğulamışdır.

Azərbaycan Respublikası tərəfindən göstərilən maddi yardım Kuba Respublikası tərəfindən məmnuniyyətlə qəbul edilmiş, həmin yardıma görə Kuba hökumətinin minnətdar olduğu diqqətə çatdırmışdır.

2013-cü ilin 19 fevral tarixində, Havana şəhərində mövcud olan məhşur yazıçı Ernest Heminguey adına muzeyi ziyarət edən səfir Mehdiyev sözügedən yazıçının "Əcəl zəngi" adlı əsərinin azərbaycan dilinə tərcümə edilmiş 2 nüsxəsini, həmin müzeyin kitabxanısına hədiyyə qismində təqdim etmişdir. Qeyd olunan əsər muzey tərəfindən böyük məmnuniyyət və minnətdarlıqla qəbul edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti