...

Silahlı Qüvvələrin Yardım Fonduna toplanan vəsaitin həcmi artıb

Siyasət Materials 1 Aprel 2013 13:28 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına toplanmış vəsait 39 017 597 manata çatıb.
Silahlı Qüvvələrin Yardım Fonduna toplanan vəsaitin həcmi artıb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına toplanmış vəsait 39 017 597 manata çatıb. Bu rəqəm martın 1-dək toplanmış vəsaitdən 1 138 485 manat çoxdur.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, 2013-cü ilin aprelin 1-nə kimi fondun manat hesabına 39 017 597 manat, ABŞ dolları ilə olan hesabına 205 791 dollar, avro ilə olan hesabına isə 593 avro vəsait toplanıb.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti