...

Mübariz Əhmədoğlu: Rusiya KTMT-də hərbi aviasiyadan ibarət sülhməramlı qüvvə yaradır

Siyasət Materials 3 May 2013 13:24 (UTC +04:00)
KTMT kollektiv aviasiya qüvvələri yaratmaq və 2013-cü ildə hərbi təlimlərini keçirmək niyyətindədir.
Mübariz Əhmədoğlu: Rusiya KTMT-də hərbi aviasiyadan ibarət sülhməramlı qüvvə yaradır

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İzzət/

KTMT kollektiv aviasiya qüvvələri yaratmaq və 2013-cü ildə hərbi təlimlərini keçirmək niyyətindədir.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu aprel ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya Hərbi Desant Qüvvələrinin Ulyanovskdakı briqadasını sülhməramlı qüvvəyə çevirmək niyyətindədir.

"Rusiyanın hərbi aviasiyadan ibarət sülhməramlı qüvvə yaratması yeni hadisədir və bu işi böyük sürətlə reallaşdırır. Yaxın 2-3 ay ərzində Rusiya belə qüvvəni formalaşdıracaq. Rusiyanın MDB məkanındakı bütün münaqişəli regionlarında quru qoşunlarının təmsilçilərindən ibarət sülhməramlıları var. Bu siyahıda Dağlıq Qarabağ istisnadır", - Əhmədoğlu qeyd edib.

Politoloqun fikrincə, müasir münaqişələr aviasiya əməliyyatlarını tələb etmir. Bu fonda yeni yayılan məlumatlarda bir neçə nüans diqqət çəkir:

"NATO Ulyanovsk vilayətində Əfqanıstandan çıxardığı yüklərin daşınması üçün baza yaratmaq niyyətində idi. Sonradan danışıqlar ciddi nəticə vermədi. Rusiya ABŞ və NATO üçün belə ötürücü baza verməyə hazır olduğunu bildirsə də, sonda qarşı tərəf bundan imtina etdi. Ulyanovskdakı ötürücü baza ABŞ-Pakistan münasibətlərinin pisləşməsi fonunda çox vacib idi. Bu arada Bakı-Tbilisi-Qars dəmiryolu marşrutu Qərbin yadına düşdü. Rusiyanın istənilən anda yüklərin daşınma prosesinə maneçilik törətmə ehtimalını nəzərə alaraq, ABŞ və NATO Rusiya ərazisindən tranzit kimi istifadə etməkdən çəkindi. Digər tərəfdən, Rusiyanın məhz Ulyanovsk hərbi desant qüvvələrini belə sülhməramlı qüvvələrə çevirməsi rəmzidir və mühüm siqnal sayılmalıdır", - deyə politoloq bildirib.

Mərkəzin direktorunun sözlərinə görə, Rusiyanın Kremlə yaxın eksperti ABŞ-da terror hadisəsi törədən Tsarnayevləri Azərbaycanla belə əlaqələndirib ki, guya Tsarnayevlər Çeçenistanda anadan olsalar da, Dağıstanda yaşayıblar, Azərbaycanın Dağıstanla həmsərhəd rayonlarında təlimlər keçiblər. Ona görə də indi ABŞ Tsarnayev hadisəsindən sui-istifadə edərək Dağıstana marağını gücləndirir.

"Məqsəd Azərbaycanda, xüsusən onun şimal hissəsində hərbi baza yerləşdirməkdir. ABŞ-ın Azərbaycanın şimalında yerləşdirdiyi hərbi baza Bakı-Tbilisi-Qars marşrutu üzrə daşınan hərbi yüklərin təhlükəsizliyini təmin edəcək. Kremlə yaxınlığı ilə seçilən M.Şevçenkunun bu fikirləri heç bir tənqidə dözmür. Hər cür intellektual əsasdan məhrum olmaqla yanaşı, eyni zamanda bu fikirlər açıq-aşkar qərəzlidir", - politoloq qeyd edib.

Əhmədoğlunun fikirncə, əvvəlla, Bakı-Tbilisi-Qars Azərbaycanın şərqindən qərbinə doğru gedir, Azərbaycanın şimalına heç bir aidiyyəti yoxdur. İkincisi, belə alınır ki, Rusiya hərbi yük daşıyan vaxt Bakı-Tbilisi-Qars dəmiryolunu bombalamaq niyyətində imiş, indi ABŞ-ın Azərbaycanın şimalında baza yerləşdirməsi onun bu niyyətinin qarşısını alır. Hər halda Azərbaycan kontesktindən baxdıqda, bu yalnız ermənilərin maraqlarına xidmət edən ideyadır. Görünür, ermənilər Rusiyadakı ekspertlərini dəyişirlər. Zatulin, Areşev, Aleksandrov, Zaxarovları indi M.Şevçenko əvəzləyir. Ermənistanın Türkiyəyə keçməsinə maneçilik etdiyi üçün Azərbaycana təzyiq lazımdır. Azərbaycana ən yaxşı təzyiq Rusiya tərəfdən xof yaratmaqdır. Şevçenko bununla məşğul oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti