...

Sergey Markov: Azərbaycanın təşəkkülündə vacib rol oynamış Heydər Əliyev çox müdrik lider idi (FOTO)

Siyasət Materials 9 May 2013 12:50 (UTC +04:00)
Azərbaycanın təşəkkül tapmasında vacib rol oynamış ümummilli lider Heydər Əliyev çox müdrik lider idi.
Sergey Markov: Azərbaycanın təşəkkülündə vacib rol oynamış Heydər Əliyev çox müdrik lider idi (FOTO)

Azərbaycan, Bakı, 9 may /Trend, müxbirlər H. Vəliyev, E. Tariverdiyeva/

Azərbaycanın təşəkkül tapmasında vacib rol oynamış ümummilli lider Heydər Əliyev çox müdrik lider idi. Trend-in məlumatına görə, bunu cümə axşamı Rusiya İctimai Palatasının üzvü, Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Plexanov adına Universitetin prorektoru Sergey Markov bildirib.

Onun sözlərinə görə, vətəndaş müharibəsilə parçalanan Azərbaycan Heydər Əliyev və İlham Əliyevin rəhbərliyi dövründə müasir iqtisadi və siyasi sistem qurmağa və xalqın birləşməsinə nail ola bildi.

Markov qeyd edib ki, Heydər Əliyev sözün əsl mənasında müdrik insan, bir çox rəhbərlər üçün nümunəvi şəxs olub.

"Qarşıdakı prezident seçkilərində İlham Əliyevə qələbə qazanmağı arzu edirik. Əminəm ki, İlham Əliyev Azərbaycan vətəndaşlarının əksəriyyətinin dəstəyini qazanacaq. Azərbaycan çiçəklənib və hazırda sovet hakimiyyəti dövründəkindən daha yaxşı yaşayan yeganə keçmiş sovet ölkəsidir", - o qeyd edib.

Markov, həmçinin Azərbaycanın Böyük Vətən Müharibəsində əldə edilən qələbəyə verdiyi töhfəsini qiymətləndirib və Azərbaycan xalqına göstərdiyi fədakarlığa görə təşəkkür edib.

Rusiya İctimai Palatasının üzvü, Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Plexanov adına Universitetin prorektoru Sergey Markovun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri faşizm üzərində qələbənin 68-ci ildönümü münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edərək onun önünə əklil qoyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti