...

Sarkisyan KTMT dövlət başçılarının qeyri-formal görüşündə iştirak etməyəcək

Siyasət Materials 27 May 2013 15:27 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv ölkələrinin dövlət başçılarının qeyri-formal görüşündə iştirak etməyəcək.
Sarkisyan KTMT dövlət başçılarının qeyri-formal görüşündə iştirak etməyəcək

Azərbaycan, Bakı, 27 may /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv ölkələrinin dövlət başçılarının qeyri-formal görüşündə iştirak etməyəcək. Trend-in bazar ertəsi "Armenianreport"a istinadən verdiyi məlumata görə, görüş mayın 28-də Bişkekdə baş tutacaq.

Ermənistan Prezidentinin mətbuat katibi Arman Saqatelyan bildirib ki, Sarkisyanın gündəliyində bu məsələ yoxdur.

Sammit iştirakçıları danışıqlar zamanı aktual beynəlxalq və regional problemləri, KTMT çərçivəsində müttəfiqlik fəaliyyətinun gələcək məsələlərini müzakirə edəcəklər. Sammit çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti