...

Gürcüstan Baş naziri siyasətdən getmək istəyini təsdiqləyib

Siyasət Materials 3 İyul 2013 12:01 (UTC +04:00)
Gürcüstanın Baş naziri Bidzina İvanişvili prezident seçkilərindən sonra istefaya getmək niyyətində olduğunu təsdiqləyib.
Gürcüstan Baş naziri siyasətdən getmək istəyini təsdiqləyib

Gürcüstan, Tbilisi, 3 iyul /Trend, müxbir N.Kirtsxaliya/

Gürcüstanın Baş naziri Bidzina İvanişvili prezident seçkilərindən sonra istefaya getmək niyyətində olduğunu təsdiqləyib.

Çərşənbə günü jurnalistlərlə görüşü zamanı Baş nazir bildirib ki, bu mövzuda mötədillik etmək lazım deyil: "Mən ölkədən getmirəm, mən verdiyim bütün vədlərə əməl etməyə hazıram. Mən bütün müvafiq suallara cavab verməyənədək postdan getməyəcəm".

İvanaşvili vurğulayıb ki, onu hələ də "getməməyə inandıra bilərlər": "Mən getməmişdən qabaq öz mövqeyimi izah edəcəyəm və ictimaiyyətə bunun zəruri olduğunu inandırmağa çalışacağam, ancaq baxarıq".

Baş nazir əmin edib ki, hələ 20 il də məsləhətlər verə və Gürcüstanda yeni cəmiyyətin formalaşdırılmasına kömək edə bilər: " Hökumət Gürcüstan cəmiyyətinin yalnız az hissəsini təşkil edir və məndə cəmiyyət tərəfindən hökumətə nəzarət etmək imkanları olacaq. Bunun üçün lazım olan lingləri təmin edib, bütün lazımlı ilkin şərtləri yaradacağam ki, ölkə şəxsiyyətlərdən deyil, institutlardan asılı olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti