...

İlham Əliyev Monteneqro Prezidentini təbrik edib

Siyasət Materials 12 İyul 2013 18:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviçə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Monteneqro Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviçə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Monteneqro əlaqələri dinamik inkişaf yolundadır. Yüksək səviyyədə qarşılıqlı səfərlərimiz və ölkələrimiz arasındakı əməkdaşlığa dair imzalanan sənədlər bu inkişafa güclü təkan vermişdir.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin bütün sahələrdə dərinləşməsi və əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".

İlham Əliyev Filip Vuyanoviçə möhkəm cansağlığı, işlərində uğurlar, dost Monteneqro xalqına isə daim sülh və tərəqqi arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti