...

İran Prezidenti 12 sosial və sənaye obyektinin açılışında iştirak edib

Siyasət Materials 23 İyul 2013 14:11 (UTC +04:00)
İyulun 23-də İranın Gilan vilayətində 12 mülki və sənaye obyektinin rəsmi açılışı olub.
İran Prezidenti 12 sosial və sənaye obyektinin açılışında iştirak edib

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir E.Tariverdiyeva/

İyulun 23-də İranın Gilan vilayətində 12 mülki və sənaye obyektinin rəsmi açılışı olub. Trend-in çərşənbə axşamı IRIB agentliyinə istinadən verdiyi məlumata görə, açılışı edilən obyektlər sırasında polad tökmə zavodu, yeni istehsalat kompleksi, xəstəxana və bir neçə yaşayış evi olub.

Obyektlərin açılış mərasimində İran Prezidenti Mahmud Əhmədinejad iştirak edib. Bu obyektlərin həyata keçirilməsinə 9 milyard rial (təqribən 273,8 milyon dollar) xərclənib.

Layihələrin həyata keçirilməsi sayəsində ölkədə ümumilikdə 12 379 iş yeri açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti