...

Aydın Hüseynov: Rüstəm İbrahimbəyov "arxı tullanmadan hop deməsi"nin təəssüratları içində çaş-baş qalıb

Siyasət Materials 1 Avqust 2013 16:21 (UTC +04:00)
Sən əgər sovet vətəndaşı olduğunu iddia edirsənsə, müraciətini də həmin istiqamətdə qur.
Aydın Hüseynov: Rüstəm İbrahimbəyov "arxı tullanmadan hop deməsi"nin təəssüratları içində çaş-baş qalıb

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Sən əgər sovet vətəndaşı olduğunu iddia edirsənsə, müraciətini də həmin istiqamətdə qur. Bunu Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıqdan xilas olmaq yollarını axtarmasına münasibət bildirərkən söyləyib.

A.Hüseynov R.İbrahimbəyovun Rusiya prezidenti Vladimir Putinə bu ölkənin vətəndaşlığından imtina etmək üçün müraciət etməsinin növbəti səhv addım olduğunu vurğulayıb.

Onun fikrincə, R.İbrahimbəyov özünü SSRİ vətəndaşı sayırdısa, elə sonuncu sovet rəhbəri olan Mixail Qorbaçova müraciət edərdi: "Bəlkə onun müraciətinə o zaman daha ilıq yanaşardılar".

A.Hüseynov R.İbrahimbəyovun "arxı tullanmadan hop deməsi"nin təəssüratları içində çaş-baş qaldığını söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti