...

İvanişvili region ölkələri ilə münasibətlərin dərinləşdirilməsinə çağırır

Siyasət Materials 2 Sentyabr 2013 15:40 (UTC +04:00)
Region ölkələri ilə ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi vacibdir.
İvanişvili region ölkələri ilə münasibətlərin dərinləşdirilməsinə çağırır

Gürcüstan, Tbilisi, 2 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Region ölkələri ilə ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi vacibdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Gürcüstanın Baş naziri Bidzina İvanişvili Tbilisidə səfirlərlə keçirilən görüşdə bəyan edib.

Baş nazir hesab edir ki, region ölkələri, xüsusilə, Azərbaycan, Türkiyə və Ermənistan ilə ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın davamlı dərinləşdirilməsi lazımdır.

B.İvanişvili bildirib: "Gürcüstan yaxın qonşuları üçün qarşılıqlı siyasi-iqtisadi əməkdaşlıq və biznes imkanlarının həyata keçirilməsi məkanı olmalıdır. İlk rəsmi səfərlərim məhz bu ölkələrə baş tutub və mən bu ölkələrin siyasi liderləri ilə dostluq münasibətləri qurdum ki, bu da məni çox sevindirir. Gürcüstanın Azərbaycan, Türkiyə və Ermənistanda akkreditə olunmuş səfirlərini bu mehriban qonşuluq əlaqələrini dərinləşdirməyə və inkişaf etdirməyə çağırıram".

Onun sözlərinə görə, Gürcüstan da Rusiya ilə münasibətləri yaxşılaşdırmağa başlayıb.

Baş nazir deyib: "Məlum olduğu kimi, artıq bizim iqtisadi, ticarət və mədəniyyət sahələrində münasibətlərimizin müsbət istiqamətdə inkişafı üzrə praqmatik addımlar atılıb. Qeyd etmək lazımdır ki, dostlarımız Rusiya ilə dialoqun yeni formatını bəyənib və müsbət qiymətləndiriblər. Təəssüf ki, böyük cəhdlərimizə baxmayaraq, Rusiya ölkəmizin daxilində məftil çəpərlər çəkib. Təbii ki, bu da hökumətimiz tərəfindən atılan addımlara adekvat reaksiya deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti