...

Bidzina İvanişvili: Gürcüstanda minarənin sökülməsinin dini dözümsüzlüklə heç bir əlaqəsi yoxdur

Siyasət Materials 2 Sentyabr 2013 17:41 (UTC +04:00)
Gürcüstanın Adıgeni rayonunun Çela kəndində minarənin sökülməsinin dini dözümsüzlüklə heç bir əlaqəsi yoxdur. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri Bidzina İvanişvili Tbilisidə səfirlərlə görüşdə deyib.
Bidzina İvanişvili: Gürcüstanda minarənin sökülməsinin dini dözümsüzlüklə heç bir əlaqəsi yoxdur

Gürcüstan, Tbilisi, 2 sentyabr/Trend, müxbir N. Kirsxaliya/

Gürcüstanın Adıgeni rayonunun Çela kəndində minarənin sökülməsinin dini dözümsüzlüklə heç bir əlaqəsi yoxdur. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri Bidzina İvanişvili Tbilisidə səfirlərlə görüşdə deyib.

İvanişvili bildirib: "Dini inanclara hörmət təkcə bizim milli ənənəmiz deyil, həm də ölkə konstitusiyasının fundamental dəyərlərindən biridir. Məhz bu mənə güman etməyə əsas verir ki, Çela kəndində insidentin dini dözümsüzlüklə heç bir əlaqəsi yoxdur. Minarənin tikintisi qanun pozuntusu ilə həyata keçirilib, hökumət isə özbaşınalıq və qanunsuzluğa göz yummayacaq".

Baş nazirin sözlərinə görə, əgər polisin Çela kəndində aksiya iştirakçılarına qarşı həddən artıq güc tətbiq etdiyi müəyyən edilsə, buna müvafiq reaksiya veriləcək.

İvanişvili deyib: "Çela kəndində minarənin sökülməsi prosesində aksiya iştirakçılarına qarşı qanun pozulubsa və ya ifrat zorakılıq tətbiq edilibsə, bu faktlar öyrəniləcək və müvafiq reaksiya veriləcək".

Qeyd edək ki, Çela kəndində məscidin minarəsi ay yarım əvvəl tikilib. Gürcüstan hökumətinin rəsmi bəyanatına görə, avqust ayında konstruksiyanın çəkisinin və əmtəə kodunun yoxlanılması məqsədilə minarə demontaj edilib. Bundan sonra müvafiq qurum minarənin yerinə qaytarılacağı barədə vəd verib.

Gürcüstanın bəzi şəhərlərində minarənin sökülməsinə etiraz əlaməti olaraq aksiyalar keçirilib. Çela kəndində keçirilmiş aksiyada isə 11 nəfər həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti