...

İvanişvili azərbaycanlıların vəzifəyə təyin olunması prosesini davam etdirmək niyyətindədir

Siyasət Materials 4 Sentyabr 2013 15:32 (UTC +04:00)
Gürcüstanın Baş naziri Bidzina İvanişvili azərbaycanlıların ölkə hökumətində vəzifəyə təyin olunması prosesini davam etdirmək niyyətindədir.
İvanişvili azərbaycanlıların vəzifəyə təyin olunması prosesini davam etdirmək niyyətindədir

Gürcüstan, Tbilisi, 4 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Baş naziri Bidzina İvanişvili azərbaycanlıların ölkə hökumətində vəzifəyə təyin olunması prosesini davam etdirmək niyyətindədir.

Trend-in məlumatına görə, B.İvanişvili jurnalistlərə açıqlamasında bildirib ki, bu proses Baş nazirin müşavirinin təyin olunması ilə başlayıb və davam etdiriləcək.

Baş nazir deyib: "Azərbaycanlılar Gürcüstanın bərabərhüquqlu vətəndaşlarıdır və onlar da hamı kimi nazir müavini və nazir ola bilərlər. Hər şey onların peşəkarlığından asılıdır. Bizim hökumətimizdə milli mənsubiyyətlə bağlı heç bir məhdudiyyət yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti