...

Britaniya səfiri: Azərbaycan Britaniya ilə güclü və dərin əlaqələri olan ölkədir

Siyasət Materials 12 Sentyabr 2013 10:53 (UTC +04:00)
Azərbaycan Britaniya ilə güclü və dərin əlaqələri olan ölkədir.
Britaniya səfiri: Azərbaycan Britaniya ilə güclü və dərin əlaqələri olan ölkədir

Azərbaycan, Bakı, 12 sentyabr / Trend, müxbir S.Əhmədova /

Azərbaycan Britaniya ilə güclü və dərin əlaqələri olan ölkədir. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycana yeni təyin olunan səfiri İrfan Siddıq Britaniya Səfirliyinin "Facebook" səhifəsində yerləşdirilən videomesajında bildirib.

Səfir qeyd edib ki, Azərbaycan vacib və dinamik ölkədir:

"Mən buraya gəlməyimdən və bu işi üzərimə götürməyimdən olduqca məmnunam. Mən bu əlaqələri daha da inkişaf etdirməkdə və yeni mərhələyə götürməkdə maraqlıyam. Bu geosiyasi məsələləri müzakirə etmək, siyasi əlaqələri genişləndirmək, hal-hazırda yüksək səviyyədə olan ticari-iqtisadi əlaqələrimizi daha da artırmaq, enerji sahəsindəki əməkdaşlığımızı dərinləşdirmək, təhsil, turizm və mədəniyyət sahələrində vətəndaşlarımız arasında olan əlaqələri artırmaq, həmçinin demokratiya və insan haqları sahəsində açıq müzakirə aparmaqdan ibarətdir".

Səfir İ. Siddıq qeyd edib ki, Britaniya və Azərbaycan bir çox sahələrdə maraq və dəyərləri bölüşən tərəfdaşlardır.

"Mən öz missiyamı bizim güclü tərəfdaşlığımızı davam etdirməkdə və qarşılıqlı mənfəətlər əldə etmək üçün çalışmaqda görürəm. Mən Azərbaycanda yaşayıb işləməyə, ölkəni və onun insanlarını tanımağa və onun zəngin mədəniyyətindən və tarixindən zövq almağa ümid edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti