...

Azərbaycanda keçiriləcək prezident seçkilərilə bağlı Mətbuat Şurasında "qaynar xətt" yaradılacaq

Siyasət Materials 2 Oktyabr 2013 11:38 (UTC +04:00)
Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxış edərək bildirib ki, jurnalistlərin seçkilərdə iştirakı aktual bir mövzudur. Onun sözlərinə görə, seçkilər günü Mətbuat Şurası özünün "qaynar xətti"ni yaradacaq və ölkənin bütün regionlarından jurnalistlər qarşılaşdıqları problemlərlə bağlı həmin "qaynar xətt"ə zəng edə biləcəklər.
Azərbaycanda keçiriləcək prezident seçkilərilə bağlı Mətbuat Şurasında  "qaynar xətt" yaradılacaq

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda "Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Mərkəzi Seçki Komisiyasının (MSK) təşkilatçılığı ilə keçirilən tədbirdə bir çox KİV rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan KİVDF rəhbəri Vüqar Səfərli qeyd edib ki, konfransın məqsədi müşahidəçi jurnalistlərin hüquqlarını onlara bir daha anlatma və maarifləndirmə işi aparmaqdan ibarətdir.

V.Səfərli deyib ki, prezident seçkilərində jurnalistlərin üzrərinə seçkiləri müşahidə aparmaq və ictimaiyyətə düzgün məlumatlar çatdırmaq kimi məsuliyyətli bir vəzifə düşür.

MSK sədrinin müavini Natiq Məmmədov çıxışında qeyd edib ki, Azərbaycan bir neçə illərdir ki, uğurlu seçki təcrübəsinə yiyələnir. O qeyd edib ki, Azərbaycan seçkilərin beynəlxalq standartlara uyğun və şəffaf şəkildə keçirilməsi üçün öhdəsinə düşən bütün işləri görür. N.Məmmədov vurğulayıb ki, seçki prosesində KİV-in də iştirakı vacib məsələdir, çünki seçkilərin şəffaf keçirilməsində jurnalistlərin də üzərinə müəyyən vəzifələr düşür.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxış edərək bildirib ki, jurnalistlərin seçkilərdə iştirakı aktual bir mövzudur. Onun sözlərinə görə, seçkilər günü Mətbuat Şurası özünün "qaynar xətti"ni yaradacaq və ölkənin bütün regionlarından jurnalistlər qarşılaşdıqları problemlərlə bağlı həmin "qaynar xətt"ə zəng edə biləcəklər.

Ə.Amaşov deyib ki, seçkilərlə bağlı mətbuatda gedən yazıları, seçkilər-polis-jurnalist münasibətlərini müşahidə etmək üçün monitorinq qrupu yaradılıb. Ə.Amaşov əlavə edib ki, bu günə qədər Mətbuat Şurasına jurnalistlər tərəfindən prezidentliyə namizədlərlə bağlı ictimaiyətdə "qara piar"ın aparılması ilə bağlı hər hansı bir şikayət daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti