...

Prezidentliyə namizəd Fərəc Quliyev: Seçki prosesi şəffaf davam edir

Siyasət Materials 9 Oktyabr 2013 10:45 (UTC +04:00)
F.Quliyev bildirib ki, bu vaxta qədər onun seçki qərargahı tərəfindən heç bir qanun pozuntusu qeydə alınmayıb.
Prezidentliyə namizəd Fərəc Quliyev: Seçki prosesi şəffaf davam edir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bu vaxta qədər səsvermə zamanı hər hansı qanun pozuntusu qeydə alınmayıb. Trend-in məlumatına görə, bunu prezidentliyə namizəd Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu gün 23 saylı Nəsimi-Səbayel seçki dairəsinin 25 saylı məntəqəsində səs verəndən sonra jurnalistlərə bildirib.

F.Quliyev bildirib ki, bu vaxta qədər onun seçki qərargahı tərəfindən heç bir qanun pozuntusu qeydə alınmayıb: "Hazırda seçki prosesi şəffaf davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti