...

İvanişvili: Gürcüstan Soçi olimpiadasında iştirak etməyə bilər

Siyasət Materials 15 Oktyabr 2013 03:00 (UTC +04:00)
Əgər bilavasitə olimpiada ərəfəsində ölkə üçün təhqiredici hal duyulsa, Gürcüstan 2014-cü ildə Soçi Olimpiya Oyunlarında iştirakdan imtina edəcək.
İvanişvili: Gürcüstan Soçi olimpiadasında iştirak etməyə bilər

Gürcüstan, Tbilisi, 15 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Əgər bilavasitə olimpiada ərəfəsində ölkə üçün təhqiredici hal duyulsa, Gürcüstan 2014-cü ildə Soçi Olimpiya Oyunlarında iştirakdan imtina edəcək. Trend-in məlumatına görə, bunu Gürcüstanın Baş naziri Bidzina İvanişvili deyib.

O, qeyd edib ki, Gürcüstan hakimiyyəti hadisələrin inkişafını diqqətlə izləyəcək: "Əgər Olimpiya Oyunlarının başlanması ərəfəsində turnirdə iştirakın bizim üçün təhqiredici olmasını hiss etsək, əlbəttə ki, iştirak etməyəcəyik".

Bununla yanaşı, Baş nazir bildirib ki, dövlət qeyri-iradi hərəkət etməməlidir:

"Mən cəmiyyət üzvlərinin əksəriyyətinin mövqeyinə anlayışla yanaşıram. Lakin dövlət qeyri-iradi, əsəbi hərəkət etməməli, əksinə, balanslaşdırılmış qərar qəbul etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti