...

Fərhad Hacıyev Strasburqda səfərdədir

Siyasət Materials 17 Oktyabr 2013 12:12 (UTC +04:00)
13-16 oktyabr 2013-cü il tarixlərində Fransanın Strasburq şəhərində Gənclər Kartı vasitəsilə Gənclər Səfərbərliyi üçün Hissəvi Sazişin Koordinasiya Şurasının 32-ci Görüşü və Avropa Şurasının Gənclərlə iş Şurasının 29-cu görüşü keçirilir.
Fərhad Hacıyev Strasburqda səfərdədir

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

13-16 oktyabr 2013-cü il tarixlərində Fransanın Strasburq şəhərində Gənclər Kartı vasitəsilə Gənclər Səfərbərliyi üçün Hissəvi Sazişin Koordinasiya Şurasının 32-ci Görüşü və Avropa Şurasının Gənclərlə iş Şurasının 29-cu görüşü keçirilir.

Gənclər Kartı vasitəsilə Gənclər Səfərbərliyi üçün Hissəvi Sazişin Koordinasiya Şurasının 32-ci görüşü zamanı 26 yaşdan aşağı olan gənclərin maraqlarının Avropa səviyyəsində inkişaf etdirilməsi, gənc səfərbərlik layihələri və mədəniyyətlərarası təhsil layihələri müzakirə olunur.

Avropa Şurasının Gənclərlə iş Şurasının 29-cu görüşü çərçivəsində 2013-cü ilin hesabatı təqdim olunub və Gənclərlə iş Şurası tərəfindən 2013-cü ilin fəaliyyətlərinin qiymətləndirilməsi aparılır. Qeyd etmək istərdik ki, Azərbaycanın gənclər təşkilatları müntəzəm olaraq Avropa Şurasının bir sıra proqramlarında, gənclərlə bağlı tədbirlərində daim fəal iştirak edirlər.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev hal-hazırda Fransanın Strasburq şəhərində keçirilən görüşlərdə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti