...

Ceyhun Osmanlı: İnsan amili İlham Əliyevin dövlət siyasəti səviyyəsinə qaldırdığı mühüm keyfiyyətdir

Siyasət Materials 21 Oktyabr 2013 12:59 (UTC +04:00)
İnsan amili İlham Əliyevin dövlət siyasəti səviyyəsinə qaldırdığı mühüm keyfiyyətdir. İlham Əliyev hər bir şeyin təməlində buna əsaslanır.
Ceyhun Osmanlı: İnsan amili İlham Əliyevin dövlət siyasəti səviyyəsinə qaldırdığı mühüm keyfiyyətdir

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir M.Əliyev/

İnsan amili İlham Əliyevin dövlət siyasəti səviyyəsinə qaldırdığı mühüm keyfiyyətdir. İlham Əliyev hər bir şeyin təməlində buna əsaslanır. İstər gənclərlə görüşləri olsun, istər ahıllar önündə çıxışları olsun Prezident dönə-dönə bir fikri təkrarlayır ki, onun vəzifəsi vətəndaşlara xidmətdir. Bunu Trend-ə millət vəkili Ceyhun Osmanlı Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışına münasibət bildirərkən deyib.

C.Osmanlı bildirib ki, görünür, xalqın Prezidentə bu qədər yüksək etimadı, inamı, bağlılığı, İlham Əliyevi özününkü bilməsi və əlbəttə ki, seçkidə verdiyi səsi hər şeydən əvvəl bu diqqətə cavabdır. Azərbaycan anası üçün İlham Əliyev oğul obrazı, gənclər üçün nümunə, vətəndaşlar üçün arxa-dayaqdır: "Təsadüfi deyil ki, "Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır" deyən İlham Əliyev inauqusiyadan bir gün öncəni çörək zavodunun açılışını etməklə keçirmişdi. Maraqlı məqam idi, çünki İlham Əliyev ilk dəfə Prezident andiçməsində 49 faizlik yoxsulluqla qəbul etdiyi ölkəni cəmisi 10 ilə 6 faiz yoxsulu qalan dövlətə çevirməklə aztəminatlı ailələrin "əlini çörəyə çatdırmağı" bacaran lider kimi adını tarixi yazaraq, gələcəkdə Azərbaycanda yoxsulların qalmayacağına işarə edirdi. İndi bu müqəddəs missiyanı davam etdirmək iradəsini, "mənim vətəndaşım daha yaxşı yaşamağa layiqdir" prinsipi ilə qurduğu sosial dövlətin, rifah cəmiyyətinin müqəddəs vəzifə kimi növbəti 5 ildə də prioritet olacağını ifadə etmiş oldu".

Millət vəkili bildirib ki, təcrübəsinin, şöhrətinin zirvəsində, həm də Prezident olaraq sadə insan ola bilmək hər kəsə nəsib olmur: "Amma İlham Əliyevin şəxsən seçkiqabağı kampaniya aparmaq naminə fikrini xalqın qayğılarından ayırmaması, səsvermə günü qələbə xəbərlərindən eyforiyaya qapılmayıb xalqa müraciətini özünün deyil, Azərbaycanın bu günü, gələcəyi, müstəqilliyinin nə qədər əziz olması üzərində qurması əslində inauqurasiyanın necə keçəyinə də öncədən açıq işarə idi. Bu yüksək təvazökarlıq nümunəsini İlham Əliyevin andiçmə mərasimi bir daha nümayiş etdirdi. O, Azərbaycanın qarşısındakı 5 il üçün birinci şəxs statusunu, idarəçilik sükanını təcrübəli dövlət rəhbərinə xas təmkin, bacarıq və rahatlıqla qəbul etdi".

C.Osmanlı qeyd edib ki, andiçmənin məhz Milli Məclisdə keçirilməsi növbəti 5 il üçün dövlətin ən ali dəyərinin məhz qanun olacağını hamıya, elə Prezidentin bir neçə dəfə xəbərdarlıq etdiyi məmur təqəbəsinə də eşitdirdi: "İlham Əliyev işləyəcəyi komandaya öz şəxsi nümunəsində təvazökarlığın ustad dərsini keçdi və əsl dövlət qulluqçusunun, məmurun vəzifəsinin vətəndaşlara xidmət olduğunu bir daha xatırlatdı. Kiməsə görə səssiz, kiməsə görə təmtəraqsız, kiməsə görə qonaq-qarasız andiçmə mərasimi təşkil etməklə İlham Əliyev bu cür gəldi-gedər tədbirlərlə deyil, məhz fəaliyyəti ilə fərqlənmək nümunəsini ortaya qoydu. Şübhəsiz ki, bu, onun şəxsi təvazökarlığından irəli gələn lider keyfiyyətidir.
Bütün bunlar onu deməyə əsas verir ki, İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı 5 ildə Azərbaycanın yüksək inkişaf həyacanını yaşayacağıq və artıq Azərbaycan seçiciləri Azərbaycanın qızıl beş ilinə imza atıblar!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti