...

Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşların təhlükəsizliyinə yüksək diqqət ayırır

Siyasət Materials 4 Dekabr 2013 12:22 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə baş verən hadisələri diqqətlə izləyir.
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşların təhlükəsizliyinə yüksək diqqət ayırır

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə baş verən hadisələri diqqətlə izləyir.

Bu barədə çərşənbə günü Trend-ə diplomatik missiyadan bildirilib: "Bu gün səfirlik ölkədə baş verən hadisələri izləməkdə davam edir. Bizim üçün Azərbaycan vətəndaşlarının təhlükəsizliyi prioritetdir. Səfirliyə Kiyevdəki hadisələr zamanı zərər çəkən Azərbaycan vətəndaşları barədə məlumat daxil olmayıb".

Diplomatik nümayəndəlikdən bildirilib ki, Azərbaycan səfirliyi və Ukraynadakı diaspor təşkilatları Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə yüksək diqqət ayırır.

Hazırda Ukraynada altı mindən artıq azərbaycanlı tələbə təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti