...

Bəxtiyar Aslanbəyli: Regionda qalmaq üçün region ölkələrinə siyasi və iqtisadi təzyiqlər göstərmək qətiyyən vacib deyil

Siyasət Materials 11 Dekabr 2013 12:27 (UTC +04:00)
Bu gün Tbilisidə Vışeqrad Fondunun, Avropa və Şimali Atlantika Mərkəzinin (CENAA) və Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (GFSİS) birgə təşkil etdiyi I Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçirilib.
Bəxtiyar Aslanbəyli: Regionda qalmaq üçün region ölkələrinə siyasi və iqtisadi təzyiqlər göstərmək qətiyyən vacib deyil

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Tbilisidə Vışeqrad Fondunun, Avropa və Şimali Atlantika Mərkəzinin (CENAA) və Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (GFSİS) birgə təşkil etdiyi I Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçirilib.

Trend-in məlumatına görə, Forumda Cənubi Qafqaz ölkələrini təmsil edən mütəxəssislər, tədqiqatçılar, dövlət rəsmiləri ilə yanaşı, 20-dən artıq ölkənin nümayəndələri də iştirak ediblər.

Forumun birinci günü "Cənubi Qafqaz ölkələrinin fərqli inteqrasiya ambisiyaları və baxışları - konsepsiyaların toqquşması və ya sinerji axtarışında" movzusunda sessiyada çıxış edən Bakı Dövlət Universitetinin müəllimi, təhlükəsizlik və enerji siyasəti üzrə mütəxəssis Bəxtiyar Aslanbəyli hər 3 Cənubi Qafqaz ölkəsinin fərqli inteqrasiya prioritetlətinə toxunbu. Regionun digər 2 dövlətinin geopolitik mənada tam ziddiyətli inteqrasiya modellərinə üstünlük verdiyini qeyd edən ekspert Azərbaycanın bu inteqrasiya modellərindən hər hansı birini seçməyə tələsmədiyini bildirib: "Avroatlantik inteqrasiyanı strateji inkişaf yolu seçmiş Azərbaycan Avropa strukturları ilə əməkdaşlığın formatını müəyyən edərkən Moskvanın da regional maraqlarını nəzərə almaya bilməz".

B.Aslanbəyli Avropa qurumlarının ciddi dəstəyi olmadan bu balanslaşdırma siyasətini davam etdirməyin getdikcə çətinləşəcəyini qeyd edib. O, həmçinin Avropa qurumlarının Cənubi Qafqazda baş verən geosiyasi proseslərdə daha aktiv içtirakının vacibliyini vurğulayıb.

Ekspert Rusiya Prezidentinin dekabrın əvvəlində Ermənistanda səfərdə olarkən "Biz Cənubi Qafqazdan getməyi heç vaxt planlaşdırmamışıq" fikrini xatırladaraq, Rusiyanın Cənubi Qafqaz siyasətində konseptual yanlış mövqeyə diqqət yetirib və belə yanaşmanın, yəni regiondakı mövcudluğunu mütləq geosiyasi dominantlıqla şərtləndirməyin müasir geosiyasi reallıqla ayaqlaşmadığını və bunun heç Rusiyanın da maraqlarına uyğun olmadığını bildirib: "Kimsə Rusiyanın Cənubi Qafqazdan getməsini tələb etmir. Regionda qalmaq üçün region ölkələrinə siyasi və iqtisadi təzyiqlər göstərmək, geosiyasi hegemon olmağa çalışmaq qətiyyən vacib deyil. Belə təzyiqlərin qarşılıqlı faydalı əməkdaşlıqla, region dövlətlərini maraqlandıracaq və bu maraqları müttəfiqlik səviyyəsinə qaldıra biləcək təkliflərlə əvəzlənəcəyi halda Rusiya regionda istənilən geosiyasi rəqabətə tab gətirə, hər hansı güc vasitələrinə əl atmadan regionun geosiyasi xəritəsində arzuolunan iştirakçıya çevrilə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti