...

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında "Cinayətkarların ekstradisiyası və məhkum edilmiş şəxslərin təhvil verilməsi üzrə saziş" imzalanacaq

Siyasət Materials 11 Dekabr 2013 16:40 (UTC +04:00)
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində "Cinayətkarların ekstradisiyası və məhkum edilmiş şəxslərin təhvil verilməsi üzrə saziş"in, eləcə də "Azərbaycanla Səudiyyə Ərəbistanı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol"un imzalanmasına dair razılığa gəlinib.
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında "Cinayətkarların ekstradisiyası və məhkum edilmiş şəxslərin təhvil verilməsi üzrə saziş" imzalanacaq

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində "Cinayətkarların ekstradisiyası və məhkum edilmiş şəxslərin təhvil verilməsi üzrə saziş"in, eləcə də "Azərbaycanla Səudiyyə Ərəbistanı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol"un imzalanmasına dair razılığa gəlinib.

Trend-in məlumatına görə, bu razılıq dekabrın 11-də Bakıda keçirilən Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri arasında iqtisadiyyat, ticarət, investisiyalar, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 3-cü iclası zamanı əldə olunub.

Azərbaycan və Səudiyyə Ərəbistanı təhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyini vurğulayaraq, iki ölkə arasında terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq edilməsi barədə də razılığa gəliblər. Bundan əlavə, tərəflər arasında narkotik maddələrə qarşı mübarizə məsələlərinin müzakirəsi və bu sahədə fəaliyyət göstərən peşəkarların birbaşa görüşlərinin təşkili vasitəsilə əməkdaşlığın gücləndirilməsi qərara alınıb.

Qeyd edək ki, hökumətlərarası komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Səudiyyə Ərəbistanının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif Əhməd əl-Osmandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti