...

Monteneqro Prezidenti və Gürcüstan Baş nazirinin Azərbaycana səfəri başa çatıb (FOTO)

Siyasət Materials 17 Dekabr 2013 17:10 (UTC +04:00)
"Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak edən Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycana səfəri dekabrın 17-də başa çatıb.
Monteneqro Prezidenti və Gürcüstan Baş nazirinin Azərbaycana səfəri başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

"Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak edən Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycana səfəri dekabrın 17-də başa çatıb.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Monteneqro Prezidentini hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər yola salıb.

"Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin də Azərbaycana səfəri başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstanın Baş nazirini hava limanında Azərbaycan energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər yola salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti